İtaliya klubunda yeni baş məşqçi
"Parma"nın yeni baş məşqçisi müəyyənləşib.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, A seriyası təmsilçisi bu vəzifəyə Fabio Liveranini təyin edib. Onunla 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Qeyd edək ki, F.Liveraninin son klubu "Leççe" olub.
Xatırladaq ki, “Parma” bir neçə gün əvvəl baş məşqçi Roberto Daversayla yolları ayırmışdı.