İtaliya klubundan yeni transfer

İtaliyanın “Fiorentina” klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, klubun rəsmi saytı “Milan”ın sabiq futbolçusu Cakomo Bonaventura ilə müqavilə imzalandığını açıqlayıb. İtaliya mətbuatı sözləşmənin 2022-ci ilin yayına qədər olduğunu yazıb.

31 yaşlı yarımmüdafiəçi Florensiya klubuna azad agent statusu ilə keçib.

Qeyd edək ki, İtaliya millisinin üzvü  2014-cü ildən “Milan”da çıxış edirdi. O, bu müddətdə 184 oyuna 35 qol vurub.