İtaliya millisi 12 illik həsrətə son qoyacaq?
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin pley-off finalları keçiriləcək.
QOL.az xəbər verir ki, qarşılaşmalardan sonra mundiala vəsiqə qazanacaq daha 4 milli komanda məlum olacaq. İtaliya millisi Bosniya və Herseqovinanın qonağı olacaq.
"Skuadra adzurra" 12 illik həsrətə son qoymaq üçün bu gecə Bosniya və Hersoqavinanı məğlub etməlidir. Cennaro Qattuzonun komandasında əsas itki Federiko Kyezanın adı ilə bağlıdır.
Bosniya və Hersoqavina millisi bu görüşə optimal heyətlə çıxacaq.
Bosniya - İtaliya matçını fransalı hakim Kleman Turpen idarə edəcək.