İtaliya millisi həsrətə son qoya biləcəkmi?

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinə start veriləcək.

Sportline.az xəbər verir ki,  A, B, C və D yolları üzrə ümumilikdə 8 oyun keçiriləcək.

İtaliya millisi "Nyu Balans Arena"da Şimali İrlandiya seçməsi ilə qarşılaşacaq. Bu görüş Cennaro Qattuzonun komandası üçün böyük önəm kəsb edir. Belə ki, "nerazzuri" son iki Dünya Çempionatından kənarda qalıb. 

Heyətlərə nəzər saldıqda meydan sahiblərində Federiko Kyeza və Cianluka Skamakka zədəlidir.

Şimali İrlandiyada Daniel Ballard və Alistar Makkan baş məşqçi Maykl Onilin sərəncamında olmayacaq.

İtaliya - Şimali İrlandiya matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Oyunda söz sahibi niderlandlı hakim Danni Makkeli olacaq.