İtaliya nəhəngi Sançoya elçi düşüb

"İnter" klubu "Mançester Yunayted"in ingiltərəli futbolçusu Ceydon Sançonu heyətinə qatmaqda israrlıdır.

Sportline.az xəbər verir ki. Milan klubu bu keçid üçün 20 milyon avro ödəməyə hazırdır.

Bu haqda "Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Lakin "Mançester Yunayted" futbolçusu üçün 25 milyon avro tələb edir.

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən mövsümü "Çelsi"də icarə əsasında keçirib.