İtaliyada daha bir uğur

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun gənc velosipedçiləri İtaliyada keçirilən sayca 78-ci "Giro del Belvedere" yürüşündə uğurla çıxış ediblər. SportLine.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük yarışında iştirakçılar 166 km məsafə qət ediblər.

23 yaşadək velosipedçilər arasında təşkil edilən yürüşdə Elgün Əlizadə, Ənvər Asanov, İsmayıl İlyasov, Kənan Qəhrəmanlı və Yosip Rumaçla təmsil olunan "Synergy Baku"nun əla komanda işi nəticəsiz qalmayıb - finiş xəttini 12 nəfərdən ibarət velosipedçi ilə 3 saat, 48 dəqiqə, 15 saniyəyə keçən pelotonun içərisində komandamızın üzvü Yosip Rumaç da olub. O, fotofinişə əsasən 190 iştirakçı arasında 3-cü nəticə göstərib.