İtaliyalı baş məşqçi istefaya göndərilib

"Askoli" klubunun baş məşqçisi Massimo Karrera vəzifəsindən azad edilib.

Sportline.az bildirir ki, bu barədə C Seriyası klubunun mətbuat xidmətindən məlumat verilib.

Karreranın yerinə bu postda "Latsio"nun keçmiş futbolçusu Kristian Ledesma təyin olunub.

Karrera 2024-cü ilin mart ayından "Askoli"də çalışırdı. Komanda onun rəhbərliyi altında 6 oyunda 8 xal toplayıb.

Qeyd edək ki, məhşur mütəxəssis daha əvvəl "Spartak" və AEK-da baş məşqçi vəzifəsini icra edib.