İtaliyanın ən yaxşısı müəyyənləşdi
İtaliyada ötən ilin ən yaxşı baş məşqçisi müəyyənləşib. SportLine.az xəbər verir ki, "A" və "B" Seriyalarında çıxış edən komandaların çalışdırıcı arasında keçirilən səsvermədə "Napoli"nin baş məşqçisi Mauritsio Sarri qalib olub.
O, mümkün 61 səsdən 25-ini toplayıb. M.Sarridən 3 az səs alan Massimiliano Alleqri ("Yuventus") ikinci, Eusebio Di Françesko ("Sasuolo") üçüncü olub.
Qeyd edək ki, M.Sarrinin komandası ötən mövsüm İtaliya A seriyasının 2-ci pillədə başa vurub.