İvan Perişiç Niderland klubuna keçib

Xorvatiya millisinin oyunçusu İvan Perişiçin yeni klubu məlum olub.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, PSV klubu 35 yaşlı futbolçu ilə razılığa gəlib.

Futbolçu tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Xatırladaq ki, Perişiç avqustun sonunda "Hayduk"u tərk etdikdən sonra azad agent statusu daşıyırdı.