Joao Feliks evinə qayıdır

"Milan"da icarə əsasında çıxış edən portuqaliyalı futbolçu Joao Feliks karyerasını ölkəsində davam etdirəcək.

Sportline.az "Record Portugal" nəşrinə istinadən xəbər verir ki, "Benfika" Feliksi icarə əsasında heyətinə qatmaq istəyir.

25 yaşlı futbolçu müqavilə əsasında "Çelsi" klubuna məxsusdur. O cari mövsüm çıxış etdiyi 33 matçda 8 qol və 3 asistlə yadda qalıb.

Qeyd edək ki, Feliksin transfer qiyməti 25 milyon avro olaraq təyin olunub.