Joao Kanselo İspaniya nəhənginə transfer olunacaq
"Əl-Hilal"ın portuqaliyalı futbolçusu Joao Kanselo "Barselona"ya icarə əsasında transfer olacaq.
Sportline.az xəbər verir ki, Kataloniya klubu mövsümün sonuna qədər 31 yaşlı oyunçunu icarə əsasında heyətinə qatıb.
İnsayder Fabrizio Romanonun məlumatına görə, "Barselona" Kanselo üçün qarşı tərəfə 4 milyon avro ödəyəcək.
Qeyd edək ki, sözügedən sağ cinah müdafiəçisi 2023-2024-ci illər ərzində də "Barselona"da icarə əsasında forma geyinib.