Joel Ordonez "Çelsi"nin hədəfindədir

"Brügge"nin futbolçusu Joel Ordonez karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Çelsi" ekvadorlu stopperi heyətinə qatmaq niyyətindədir.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, J.Ordonez cari mövsüm meydana çıxdığı 42 matçda 4 qolla yadda qalıb.