Jorjinyo "Arsenal"ı tərk edir
"Arsenal"ın italiyalı futbolçusu Jorjinyo klundan ayrılmaq istəyir.
Sportline.az "ESPN" nəşrinə istinadən xəbər verir ki, Jorjinyo klubdaki mövqeyindən narazıdır.
33 yaşlı futbolçu daha çox oynaya biləcəyi kluba transfer olmaq istəyir.
Qeyd edək ki, Jorjinyo 2023-cü ilin yanvar ayından etibarən "Arsenal"da çıxış edir.
Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 10 milyon avrodur.
Jorjinyonun "Arsenal"la müqaviləsi mövsümün sonunda başa çatacaq.
O bu mövsüm 17 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstərici yoxdur.