Jota evinə qayıdır
"Liverpul"un portuqaliyalı futbolçusu Dioqo Jota mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
"Vulverhempton" Jotanı transfer etmək istəyir.
Qeyd edək ki, 28 yaşlı futbolçunun "Liverpul"la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
O bu mövsüm çıxış etdiyi 29 matçda 8 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Jota 2020-ci ilin yayında "Liverpul"a "Vulverhempton"dan transfer olmuşdu.
Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 45 milyon avro olaraq qiymətləndirilir.