Joze Mourinyodan Fransa və Lionel Messi haqqında diqqətçəkən açıqlama

Portuqaliyalı tanınmış mütəxəssis José Mourinyo Fransa millisinin Dünya Çempionatındakı çıxışı və Lionel Messi barədə maraqlı fikirlər səsləndirib.

Sportline.az “Lequipe” nəşrinə istinadən xəbər verir ki, Mourinyo bildirib ki, Fransa yığmasının bu turnirdə nümayiş etdirdiyi oyun onları çempionluğun əsas favoritinə çevirir:

“Fransanın bu Dünya Çempionatındakı oyun tərzinə baxanda, əgər onlar çempion ola bilməsələr, bu, möcüzə olar. Amma həmin möcüzəni yarada biləcək yalnız bir nəfər var – Lionel Messi. O, Dünya Çempionatını qazanacaq gücə malikdir.”

Mourinyonun bu açıqlaması futbol ictimaiyyətində böyük marağa səbəb olub. Təcrübəli çalışdırıcı Messinin həlledici anlarda oyunun taleyini dəyişə biləcək nadir futbolçulardan biri olduğunu vurğulayıb.

Banner