Joze Mourinyoya cəza verilib

“Fənərbağça”nın portuqaliyalı çalışdırıcısı Joze Mourinyo 3 matçlıq cəza alıb.

Sportline.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, təcrübəli mütəxəsis “Fənərbağça”nın Türkiyə çempionatının qarşıdakı 3 görüşündə ehtiyat oyunçular skamyasında ola bilməyəcək.

Bu qərarı Türkiyə Futbol Federasiyası qəbul edib.

Bu cəzanın səbəbi isə “Trabzonspor”la matçda yaşanan gərginlik olub.

Qeyd edək ki, Joze Mourinyo bu cəzanın verilməsinə şiddətlə qarşı çıxıb.