“Juventus” “Arsenal”dan 85 milyon avro tələb edir

"Arsenal" türkiyəli futbolçu Kenan Yıldızı yayda heyətinə cəlb etmək istəyir.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Yuventus" Kenan üçün 85 milyon avro tələb edir.

London klubu bu məbləği qarçı tərəfə ödəməyə hazırdır.

Qeyd edək ki, 20 yaşlı sol cinah vingeri bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 19 matçda 6 qol, 6 məhsuldar ötürmə müəllifi olub.