Kalafiori Turin klubunun radarındadır
"Arsenal"ın sol cinah müdafiəçisi Rikardo Kalafiori yayda "Yuventus"a keçə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
23 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avrodur.
Qeyd edək ki, R.Kalafiori bu mövsüm meydana çıxdığı 31 matçda 1 qol, 3 asistlə yadda qalıb.