Kallum Vilson fikrində qətidir
"Vest Hem Yunayted"in forvardı Kallum Vilson klubdan ayrılmaq fikrində qətidir.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
33 yaşlı forvardın transfer qiyməti 5 milyon avrodur.
Qeyd edək ki, K.Vilson cari mövsüm meydana çıxdığı 18 matçda 4 qol, 1 asistlə yadda qalıb.