Kallum Vilson Mersisayd təmsilçinə transfer olmaq niyyətindədir
"Everton" "Vest Hem Yunayted"in forvardı Kallum Vilson üçün rəsmi təklif göndərib.
Sportline.az xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.
33 yaşlı hücumçu Mersisayd təmsilçisinə keçməyə müsbət yanaşır.
Qeyd edək ki, K.Vilson cari mövsüm meydana çıxdığı 18 matçda 4 qol, 1 asistlə yadda qalıb.