Kamavinqa İngiltərə nəhənginə keçə bilər

"Liverpul" "Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqanı heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, Mersisayd klubu fransalı oyunçu üçün 50 milyon avro ödəməyə hazırdır.

Bu haqda "Lequipe" nəşri məlumat yayıb.

Qeyd edək ki, E.Kamavinqa cari mövsüm meydana çıxdığı 35 matçda 2 qol, 1 asistlə yadda qalıb.