Kamavinqanın transfer qiyməti bəlli olub

"Real Madrid" fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqanın transfer qiymətini açıqlayıb.

Sportline.az xəbər verir ki, "los blankos" 23 yaşlı futbolçu üçün 100 milyon avro tələb edir.

Bu haqda "Defensa Central" nəşri məlumat yayıb.

Qeyd edək ki, Kamavinqa 2021-ci ildən "Real"da çıxış edir.