Kambiaso üçün üç nəhəng klub yarışa girib
"Yuventus"un sol cinah müdafiəçisi Andrea Kambiaso İngiltərə klublarının maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, "Mançester Siti", "Liverpul" və "Mançester Yunayted" 26 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Qeyd edək ki, A.Kambiaso cari mövsüm meydana çıxdığı 45 matçda 3 qol, 5 asistlə yadda qalıb.