Kamil Zeynallı yumruq davasına çıxıb

Fitnes təlimatçısı Kamil Zeynallı, Abşeron rayonu ərazisində dava salıb.
 
Sportline.az xəbər verir ki, iyunun 16-da Qobu qəsəbəsində olarkən Kamil Zeynallı bir vətəndaşla dalaşıb.
 
Mübahisə sonradan əlbəyaxa davaya çevrilib.
 
Əraziyə polis əməkdaşları cəlb edilib.
 
Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.