Kamran Ağayev oyuna hazırlaşır
Milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" Avroliqanın 3-cü təsnifat mərhələsində Albaniya "Skenderbeu"su ilə qarşılaşacaq. Sportline.az xəbər verir ki, komandanın məşqlərində iştirak edən Ağayevin adının "18-liy"ə salınıb-salınmayacağı hələlik bilinmir.
Xatırladaq ki, ilk oyunda Çexiya təmsilçisi 2:1 hesablı qalib gəlib.