Kamran Ağayev turun ən yaxşısı seçilib

Kamran Ağayevin Portuqaliya çempionatının 7-ci turundakı inamlı çıxışı diqqətdən kənar qalmayıb. “Moreyrenşe” ilə oyunda penalti dəf edən millinin qolkiperi turun simvolik komandasında yer alıb. 8,1 xal toplayan Ağayev ən yaxşı qapıçı adına layiq görülüb. Xatırladaq ki, həmin görüş “Boavişta”nın 2-0 hesablı qələbəsi ilə başa çatıb.

Banner