Kamran Ağayevə ağır itki üz verib
"Səbail" klubunun qapıçısı Kamran Ağayevin atası Adilxan Ağayev vəfat edib.
Sportline.az xəbər verir ki, o, 72 yaşında koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, Adilxan Ağayev şəhər məktəblərindən birində Bədən tərbiyəsi fənnini tədris edib.
O, əvvəllər Şabranın "Bərəkət" futbol komandasının baş məşqçisi olub.