Kapitan zədələndi, mövsümü başa vurdu

"Şalke"nin kapitanı Omar Maskarel bərpa olunan mövsümün heç bir oyununda iştirak edə bilməyəcək.

Sportline.az xəbər verir ki, bu haqda “Kicker” nəşri məluat yayıb. Bildirilib ki, 27 yaşlı yarımmüdafiəçi uğursuz reabilitasiya səbəbindən yaşıl meydanlara qayıda bilməyəcək.

Omar Maskarel mart ayında bud əzələsindən zədə alıb.