Kapitandan bəd xəbər

"Liverpul"un zədəli kapitanı Cordan Henderson ən azı 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Sportline.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçinin bərpa müddətinin yaxın günlərdə lap dəqiqləşəcəyi bildirilib.

Beləliklə, Herderson ən azı 5 matç buraxacaq.

Qeyd edək ki, Henderson bu ay Premyer Liqada keçirilən "Everton"la görüşdə (0:2) zədələnib.