Kapitandan "Qarabağ" açıqlaması

"Qarabağ"la oyun vacibdir, amma kritik olduğunu deməzdim. Buna baxmayaraq, yaxşı nəticə əldə etmək istəyirik".

Sportline.az xəbər verir ki, bu sözləri Kipr "Omoniya"sının kapitanı Xordi Qomes Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la oyun öncəsi deyib.

O, tələblərin əvvəlki iki mövsümdən sonra daha yüksək olduğunu bildirib: "Uğurlar artdıqca tələblərin böyüməsi normaldır. Liqada cəmi üç oyun keçirdik və sonra qrup oyununa çıxdıq.  Komandamıza güvənirəm".

Qeyd edək ki, sabah Nikosiyadakı GSP stadionunda keçiriləcək "Omoniya" – "Qarabağ" görüşü Bakı vaxtı ilə 23:00-da başlayacaq.