Kapitanın zədəsi ağır oldu

"Mançester Yunayted"in kapitanı Harri Maquayr zədələnib.

Sportline.az "The Athletic"ə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi iki aylıq sıradan çıxıb. İngiltərə millisinin üzvü  Premyer Liqada 35 matçın hamısında 90 dəqiqə meydanda olub. Omba sümüyündəki zədəsi sağalmadan, ağrıkəsicilərlə müntəzəm oyunlara çıxan futbolçu iki ay istirahət etməli olacaq. 

Qeyd edək ki, Harri Maquayr ötən il "Lester"dən "Mançester Yunayted"ə keçib.