Karateçilərimiz dünya çempionatında 4 medal qazanıblar
Çilinin paytaxtı Santyaqo şəhərində karate üzrə XI dünya çempionatı davam edir.
Sportline.az xəbər verir ki, Azərbaycanın 16-18 yaşlı gənclər milli komandası Dünya çempionatının üçüncü yarış günü 4 medal qazanıb.
Hüseyn Məmmədli (-61 kq) gümüş mükafata, Sultan Hüseynov (-55 kq), Hüseyn Hüseynzadə (-76 kq) və Polina Qurenko (-53 kq) isə bürünc medala sahib olub. Təsəlliverici görüşlərə qatılan Namiq Quliyev (+76 kq) və üç görüşünü qələbə ilə başa vuran Ayla Rzazadə (-59 kq) yaxşı təsir bağışlasa da, medalçılar arasına düşə bilməyib.
Bu gün 21 yaşadək gənclərin yarışında Hümmət Baxşəliyev (-67 kq) və Murad Hacızadə (+84 kq) çıxış edəcək.