Karateçilərimiz Xorvatiyada 6 medal qazanıblar
Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri Xorvatiyanın Umaq şəhərində 12-21 yaşlılar arasında Dünya Karate Federasiyasının (WKF) Kuboku turnirini, eyni zamanda Gənclər Liqası yarışını 2 qızıl, bir gümüş və 3 bürünc medalla başa vurublar.
Sportline.az xəbər verir ki, Gənclər Liqasında yarışın son günü Hüseyn Məmmədlinin (-61 kq, 16-17 yaşlı gənclər) qazandığı gümüş medalla, idmançılarımızın mükafatlarının sayı 6-ya çatıb. Əvvəlki günlərdə isə Ramil Baxşəliyev (-52 kq, 14-15 yaşlı yeniyetmələr) və Sultan Hüseynov (-55 kq, 16-17 yaşlı gənclər) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
WKF Kubokunda 21 yaşadək gənclərdən ibarət milli komandanın üzvləri Murad Hacızadə (+84 kq) və Hümmət Baxşəliyev (-67 kq) qızıl medala, Fidan Teymurova (-50 kq) isə gümüş mükafata sahib olub.