Karateçimiz Avropa çempionatının mükafatını qazandı

Azərbaycan karateçisi Mədinə Sadıqova Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Sportline.az xəbər verir ki, 55 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada qalib gələrək, fəxri kürsüyə qalxıb.

Bu gün həmçinin parakarateçilər Eldar Əhmədov (K30), Emiliya Militinova (K10) və Nihat Məmmədzadə (K10) final görüşlərini keçirəcəklər.