Karateçimiz Avropa çempionu adını qazanıb

Para-karate üzrə dünya finalçısı Sahib Əhədov, İspaniyada keçirilən Avropa çempionatında qızıl medala layiq görülüb. 

Sportline.az xəbər verir ki, Zviadi Vasadze (Gürcüstan) ilə həlledici görüşdə 43.58 xal toplayan Əhədov fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. 

Qeyd edək ki, 3 dərəcə üzrə Para-karateçilər arasında Avropa çempionatına 16 ölkədən 46 idmançı qatılıb.