Karlo Ançelotti: "Yaponiya komandasına sonsuz hörmət bəsləyirik"
Brazilya millisinin baş məşqçisi Karlo Ançelotti Yaponiya görüşü öncəsi jurnalistlərin suallarını cavablandırıb.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis müsahibə zamanı bu fikiləri səsləndirib;
"Biz Yaponiya komandasına sonsuz hörmət bəsləyirik və bu qarşılaşmaya bir final oyunu kimi hazırlaşırıq. Keçən il Tokiodakı yoldaşlıq görüşündə onlara 3:2 hesabı ilə uduzmağımız bizim üçün böyük dərs oldu və rəqibin nə qədər güclü olduğunu göstərdi. Yaponiya çox mütəşəkkil, nizam-intizamlı və yüksək keyfiyyətli futbolçulardan qurulmuş dünyanın ən yaxşı komandalarından biridir. İngiltərədə deyildiyi kimi, oyun öncəsi rəqiblə hər hansı bir psixoloji müharibəyə girmək fikrimiz yoxdur. Biz yalnız öz meydan strategiyamıza, rəqibin güclü tərəflərini zərərsizləşdirməyə və səhvlərdən qaçmağa köklənmişik. Pley-off mərhələsində hər an hər şey ola biləcəyi üçün komandadan meydanda yüksək xarakter, böyük ürək və tam soyuqqanlıq tələb olunur. Komandamızın motivasiyası yüksəkdir, futbolçular təzyiqlə mübarizə aparmağa tam hazırdırlar. Zədədən qayıdan Neymarın vəziyyəti isə yaxşıya doğru gedir və o, bu matçda 15 dəqiqədən daha çox oynaya biləcək formadadır.” - deyə Ançelotti bildirib.
Qeyd edək ki, Brazilya - Yaponiya görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.