Karlos Keyruş: "Bu pul ilə satın alına biləcək bir şey deyil"

Dünya çempionatında 1/16 final mərhələsinin görüşlərinə yekun vurulur.

Sportline.az xəbər verir ki, Kolumbiya millisi Qana komandası ilə münasibətlərini aydınlaşdıracaq.

Qananın baş məşqçisi Karlos Keyruş futbolçularının döyüşkənliyinə güvündiyini açıqlayıb:

“Qanalı futbolçuların qanında son saniyəyə qədər döyüşmək xarakteri var. Bu pul ilə satın alına biləcək bir şey deyil və mən onların baş məşqçisi olmaqdan qürur duyuram. Kolumbiyanın çox güclü heyəti olsa da, biz meydanda öz oyunumuzu diktə etməli və pley-offda buraxılacaq xırda səhvlərin dərhal cəzalandırılacağını unutmamalıyıq.”

Qeyd edək ki, Kolumbiya - Qana görüşü iyulun 4-ü Bakı vaxtı ilə səhər saat 05:30-da başlanacaq.

Banner