Karrinin son durumu açıqlandı

"Qolden Steyt Uorriorz"un basketbolçusu Stefan Karrinin son durumu açıqlanıb.

Sportline.az xəbər verir ki, MRT müayinə onun dizindəki zədənin elə də ciddi olmadığını aşkarlayıb.

Məşhur basketbolçu yaxın günlərdə sıraya qayıdacaq.

Bu haqda komandanın baş məşqçisi Stiv Kerr ESPN US-ə məlumat verib.

Qeyd edək ki, Karri "Minnesotta" ilə oyunun ikinci hissəsində yıxılaraq dizini zədələmişdi.