"Karvan-Yevlax" "Kəpəz"lə, "Sumqayıt" "Qarabağ"la üz-üzə gələcək

Misli Premyer Liqasında XII tura bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Matçlardan biri Yevlaxda, digəri Sumqayıtda baş tutacaq.

Günün ilk görüşündə, saat 14:00-da "Kəpəz" "Karvan-Yevlax"ın qonağı olacaq. Meydan sahibləri 5 xalla 11-ci, Gəncə klubu 3 xalla 12-ci pillədə qərarlaşıb.

Günün ikinci oyununda "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək. "Köhlən atlar" 23 xalla liderdir, "gənclik şəhəri" təmsilçisi 20 xalla dördüncüdür.

Misli Premyer Liqası

II dövrə, XII tur

21 noyabr

14:00. "Karvan-Yevlax" - "Kəpəz"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.

VAR: Rəşad Əhmədov.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: İlham Əliyev.

Yevlax şəhər stadionu

19:00. "Sumqayıt" - "Qarabağ"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev.

VAR: Kamal Umudlu.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq.