Kasilyas "Real"da çalışacaq

"Real"ın sabiq qapıçısı İker Kasilyas Madrid təmsilçisinə qayıdacaq.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, o, klubun prezidenti Florentino Peresin müşaviri olacaq.

Qeyd edək ki, "Real"ın yetirməsi olan Kasilyas burada 725 matçda oynayıb. 39 yaşlı İker 2015-ci ildə "Portu"ya transfer olunub. O, 2019-cu ilin mayında Portuqaliya təmsilçisinin məşq bazasında infarkt keçirib və bundan sonra oynamayıb. Kasilyas bu il futbolçu karyerasını başa vurduğunu açıqlayıb.