Kataloniyalı fanatlar stadiona buraxılmayacaq
İspaniya La Liqasının "Atletiko"-"Barselona" matçına qonaq azarkeşlərin girişi məhdudlaşdırılıb. Sportline.az xəbər verir ki, oktyabrın 14-də Madriddə keçiriləcək qarşılaşmanı az sayda kataloniyalı izləyə biləcək. "Atletiko" rəhbərliyinin bu məhdudiyyəti əvvəlcədən bilet alan təxminən 100 fanata aid olmasa da digər kataloniyalı azarkeşlərə bilet satılmayacaq. Madridlilər bu addımı nəqliyyat problemi ilə əlaqələndirsə də, bunun Kataloniyada keçirilən müstəqillik referendumundan sonra yaranan gərginliklə bağlı olduğu deyilir.