Kaysedo maaşının artmasını istəyir

Moyses Kaysedo "Çelsi”də maaş artırımı üçün rəsmi müraciət edib.

Sportline.az xəbər verir ki, “Çelsi”nin yarımmüdafiəçisi Moyses Kaysedo və nümayəndələri klubla müqavilənin yenilənməsi və maaşın artırılması üçün rəsmi müraciət ünvanlayıblar.

Məlumata görə, Kaysedonun hazırkı müqaviləsi 2031-ci ilə qədərdir, lakin futbolçunun nümayəndələri hesab edirlər ki, bu müqavilə onun klubdakı əsl dəyərini əks etdirmir.

Hazırda Kaysedo həftəlik 130 000 funt sterlinq qazanır ki, bu da bonuslarla birlikdə təxminən 8,5 milyon funt sterlinq illik gəlir deməkdir.