Kazemiro azad agent kimi ayrılacaq?

“Mançester Yunayted”in brazilyalı yarımmüdafiəçisi Karlos Enrike Kazemiro gələn ilin yayında azad agent kimi klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu haqda “Football İnsider” nəşri məlumat yayıb.

33 yaşlı futbolçu həftəlik 375 min avro maaş tələb edir. Lakin rəhbərlik bu təklifi qəbul etməyib.

Qeyd edək ki, Kazemiro 2022-ci ildən “Mançester Yunayted”də çıxış edir.