Kazemiro azad agent kimi bu kluba keçəcək
"Mançester Yunayted"in yarımmüdafiəçisi Karlos Henrike Kazemiro yayda azad agent kimi "Palmeyras"a transfer olacaq.
Sportline.az xəbər verir ki, bu haqda Brazilya mətbuatı məlumat yayıb.
33 yaşlı futbolçunun "qırmızı şeytanlar"la sözləşməsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Kazemiro "Mançester Yunayted"ə 2022-ci ildə "Real Madrid"dən transfer olunmuşdu.