Keçmiş futbolçu həbs olundu

Ukraynalı keçmiş futbolçu Vasili Vasilenko Rusiyanın paytaxtı Moskvada həbs olunub.

Sportline.az TASS-a istinadən xəbər verir ki, veteran müdafiəçi ölkəsi üçün casusluq etməkdə ittiham olunur.

Onun şəhərdəki həbsxanalardan birində saxlanıldığı bildirilir.

Qeyd edək ki, Vasilenko 1992-2001-ci illərdə Ukraynada "Tavriya", "Torpedo" və "Drujba" klublarında çıxış edib.