"Kəpəz" Moldovada qələbə qazandı
Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin növbəti cavab görüşləri keçirilib. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Kəpəz" Moldovada meydana çıxıb.
İlk oyunda "Daçiya"nın müqavimətini qıra bilməyən Gəncə təmsilçisi vəzifənin öhdəsindən səfərdə gəlib. Şahin Diniyevin komandası Darionun qolu ilə qələbə qazanıblar.
07 iyul 2016
Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
“Daçiya” (Moldova) – “Kəpəz” (Azərbaycan) - 0:1
QOL: Dario, 56 (0:1)
Baş hakim: Laşa Silaqava
Baş hakimin köməkçiləri: Zaza Menteşaşvili, Levan Todria
Dördüncü hakim: Qoga Kikaçeişvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tammo Beishuizen (Hollandiya)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
Speya (Moldova). “Speya” stadionu
İlk oyun – 0:0