"Kəpəz" "Admira" ilə bacarmadı
20 iyul 2016
Avropa Liqası
II təsnifat mərhələsi (Cavab oyunu)
“Kəpəz” (Azərbaycan) – “Admira” (Avstriya) - 0:2
QOLLAR: Kristof Knasmüllner, 17; Patrik Şmidt, 76
"Kəpəz": 88. Tadas Simaitis, 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 10. Dario Federiko, 13. Şəhriyar Rəhimov, 17. Nicat Qurbanov, 18. Tural Axundov, 25. Şəhriyar Əliyev, 36. Renan Alveş, 77. Serjinyo, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 6. Ceyhun Cavadov, 9. Tural Qürbətov, 15. Azad Kərimov, 19. Orxan Əliyev, 21. Novruz Məmmədov, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.
"Admira": 28. Yorq Zibenhandl, 4. Ştefan Çvirşits, 5. Tomas Ebner, 6. Markus Lakner, 7. Maksimilian Saks, 8. 8. Kristof Knasmüllner, 10. Daniel Tot (k), 17. Dominik Starkl, 20. Markus Paviç, 21. Markus Vostri, 27. Eldis Bayrami.
Ehtiyat oyunçular: 29. Manuel Kuttin, 2. Fabio Ştrauss, 9. Toni Vastiç, 16. Patrik Şmidt, 25. Patrik Vesselı, 55. İlter Ayyıldız, 99. Florian Fişerauer.
Baş məşqçi: Oliver Lederer.
***
UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab görüşləri start götürür. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Kəpəz" cavab oyununa bir gün əvvəl çıxacaq.
Avstriyada "Admira"ya minimal hesabla uduzan Gəncə təmsilçisi doğma azarkeşlər önündə revanş arzusundadır. Şahin Diniyevin komandası növbəti mərhələyə adlamaq üçün rəqib qapısından, ən azı, iki cavabsız qol keçirməlidir. 1:0 hesablı qələbə isə məsələnin həllini əlavə vaxta daşıyacaq. "Admira"nın vuracağı bir qol isə təmsilçimiz üçün vəziyyəti xeyli çətinləşdirə bilər.
20 iyul 2016
Avropa Liqası
II təsnifat mərhələsi (Cavab oyunu)
20:00. “Kəpəz” (Azərbaycan) – “Admira” (Avstriya)
Baş hakim: Vitali Meşkov
Baş hakimin köməkçiləri: Valeri Dançenko, Maksim Qavrilin
Dördüncü hakim: Mixail Vilkov (hamısı Rusiya)
Bakı. “Dalğa Arena”