"Kəpəz" ev oyunlarını bu stadionda keçirəcək

"Kəpəz" komandası ev oyunlarını bundan sonra başqa stadionda keçirəcək.

Sportline.az xəbər verir ki, doğma arenası təmirdə olan Gəncə təmsilçisi rəqiblərini Yevlax şəhər stadionunda qəbul edəcək.

Azər Bağırovun rəhbərlik etdiyi komanda bunadək ev oyunlarını Qəbələdə keçirirdi.

Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasının 12-ci turunda Yevlaxın "Karvan-Yevlax" komandası ilə qarşılaşacaq.