"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək

"Kəpəz" klubu Misli Premyer Liqasının XIII turundan etibarən ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək.

Peşəkar Futbol Liqasından (PFL) Sportline.az-a verilən məlumata görə, "Qəbələ" və "Kəpəz" arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.

Müqavilənin müddətinin uzadılmamasını, "Kəpəz" klubunun müraciətini, "Karvan-Yevlax" tərəfinin razılıq məktubunu nəzərə alaraq PFL Gəncə təmsilçisinin ev oyunlarını Yevlax şəhər stadionunda keçirməsinə icazə verib.

Qeyd edək ki, "Kəpəz" bunadək ev matçlarını Qəbələ şəhər stadionunda keçirirdi.