"Kəpəz" hazırlığa Bakıda davam edir
“Kəpəz” Topaz Premyer Liqanın 4-cü turunda qarşılaşacağı “İnter”lə oyunun hazırlıqlarını davam etdirir.
SportLineaz-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Qaradağ Lökbatan”a qarşı yoxlama matçından sonra bir gün istirahət edən komanda üzvləri dünəndən yenidən bir araya gəliblər. “Sarı-göylər” “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edirlər.
Qeyd edək ki, "Kəpəz" sentyabrın 9-da "İnter"in qonağı olacaq.